Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən “Turanın səsi ” nə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir