AFAD nümayəndələrinin iştirakı ilə FHN-də təlim keçirilib

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə “turanın səsi ” nə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə Nazirliyin inzibati binasında Türkiyədən olan ekspertlərlə birgə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək birgə tədbirlərlə bağlı bir sıra məsələlərə toxunulub.

Sonra Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda taktiki-xüsusi təlimə hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə taktiki-xüsusi təlimin məqsəd və vəzifələri müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlim zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının əhəmiyyətini vurğulayıb. Türkiyəli mütəxəssislər – AFAD-in Axtarış və Xilasetmə idarəsinin rəisi Recep Şalçı, INSARAG qrup başqanı Tahsin Berkant Ataay, mentor Haluk Önay Erten, və logistika üzrə cavabdeh Süleyman Yıldız təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər. Türkiyəli mütəxəssislər bu ilin fevralında qardaş ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardım məqsədilə Azərbaycandan gəlmiş qüvvələrin arasında FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin olmasını xüsusilə vurğulayaraq, göstərilən dəstəyə və köməyə görə təşəkkürlərini bildiriblər.

Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimə start verilib. Müxtəlif təbii şəraitdə reallaşdırılan təlim zamanı Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsi məqsədilə hazırlıq vəziyyətinə gətirilməsi, hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyədən olan ekspertlər tərəfindən yaxından izlənilib.

Təlim çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD nümayəndələrinin təşkil etdiyi “INSARAG Məlumatlandırılması Kursu”nda da iştirak ediblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan taktiki-xüsusi təlim geniş müzakirə olunub. İştirakçılara müvafiq sertifiklatlar təqdim olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir