FHN-ın yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib

emalı sənayesində, metallurgiya sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu, hava və dəniz nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 2474 müəssisədə 29 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Həmçinin, 3932 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.

Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 162 nəzarət-yoxlama tədbiri, həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 280 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilmişdir. Sahibkarların müraciətləri əsasında 84 müəssisəyə radiasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə, 75 müəssisəyə isə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib, 100 tibb müəssisəsində radiasiya təhlükəsizliyi qaydalarına düzgün riayət edilməsi ilə bağlı baxışlar keçirilib. Tərkibində şüalanma mənbəyi olan 524 ədəd müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 2100 kiloqram olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 182 kiçikhəcmli gəmi ilkin, 450 kiçikhəcmli gəmi təkrar dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2199 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq gələn il Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.

K.Heydərov əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladaraq, Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə Nazirliyin şəxsi heyəti adından dövlətimizin başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq və əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi bundan sonra da əzmlə fəaliyyət göstərəcək.

Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş Nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir