Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq

“turaninsesi.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hazırda layihə əsasən nəqliyyatın sıx olduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilir:
“Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunanda məktəblərin də adları məlum olacaq”.
E.Əmrullayev xatırladıb ki, layihənin əsas məqsədi paytaxt məktəblərinə gedən uşaqlar üçün yol-nəqliyyat sistemində sıxlığın qarşısını almaqdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI