Valideynlər, müəllimlər və şagirdlər bu davranışlara görə məsuliyyət daşıyacaqlar-RƏSMİ

0

Valideynlər-qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.

AzEdu.az həmin davranışları təqdim edir:

– Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək
– Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək
– Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək
– Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək
– Radikal dini va siyasi baxışları təbliğ etmək
– ictimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək
– Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək
– Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir