Təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumlar açıqlanıb
Gələn ilə qədər təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumlar açıqlanıb.
Turanın səsi xəbər verir ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin fənlər Azərbaycan dili, Ədəbiyyat ingilis dili və coğrafiya üzrə olacaq.
O qeyd edib ki, bu il üçün isə V sinif üzrə Azərbaycan dili, Riyaziyyat, VI sinif üzrə Təbiət, I sinif üzrə “Həyat bilgisi” dərsliyi hazırlanacaq və gələn ildən pilot olaraq tətbiq ediləcək.
Arzu Paşaqızı : Təsisçi və baş redaktor .