“Sertifikasiya üçün verilən 5 il müddəti azaldılacaq”-Emin Əmrullayev

0


“Əvvəl Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Daha sonra bu müddətin azaldılması təklif edildi və biz hazırda o təklif üzərində çalışırıq”.

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib. Nazir həmin müddətin azaldılmasının gözlənildiyini bildirib:

“Amma prosesin keçirilmə qaydası olduğu kimi qalır, həmin qaydanın dəyişməsi zaman alar. Sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqıya keçid, həm də müəyyən mənada müəllimlərin işəqəbulu prosesinin təkmilləşdirilməsidir. Bu mənada həmin islahatın yerinə yetirilməsi üçün 5 illik müddətin bizə lazım olduğunu düşünürük”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir