Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır

Sabahdan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır.

Turanın səsi ” xəbər verir ki, bu mərhələdə 34 minə yaxın müəllimin iştirakı planlaşdırılır.

Onlar barədə məlumatlar sistemə yüklənib.

Test imtahanı iyunun 24-dək davam edəcək. Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu ilin sentyabr ayının 15-nə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakını “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib. Həmin müəllimlərin 20-24 iyunda keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir