Qafqazşünaslıq İnstitutu ləğv olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
“turaninsesi.az” xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyətində təsdiqlənib.
Cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab olunmayıb və onun fəaliyyətinə xitam verilib..
Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 2015-ci ildə yaradılmışdı. Onun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşova idi.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI