Növbəti iki gündə geomaqnit qasırğası gözlənilir

0

Avqustun 1-2-də G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Turanın səsi ” xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, geomaqnit sahəsinin Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, iyulun 28-də baş verən atılmalarının təsiri nəticəsində isə 1-2 avqustda G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir