Nazirlik apellyasiya şikayəti verən müəllimliyə namizədlərə müraciət edib

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən narazı qalanların apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə olunur.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir