Nazir: Nəticəni yaxın 10-15 ildə görəcəyik

“Naziriliyin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”.
“turaninsesi.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hər 10 uşaqdan 8-i uşaq ən azı 1 illik məktəbəqədər təhsil alır.
Nazir əlavə edib: “Olkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbəqədər təhsil üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.
E. Əmrullayev bildirib ki, qarşıda olan digər çağırış isə məktəbəqədər təhsildə 3-4 yaşlıları əhatə etməkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI