Nazir: “Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub”
“Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub”.
“Turanın səsi ” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda bütün dərsliklər məktəbə çatdırılıb və heç bir problem yoxdur.
Nazir bildirib ki, məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem mətbəə ilə bağlı olub: “Tenderi udan qurum işini vaxtında icra edə bilməmişdi. Bu da regionda baş verən hadisələrlə əlaqəli kağız çatışmazlığı və qiymət artımı ilə bağlı idi. Təbii ki, bütün bunlar nöqsandır. Noyabrın əvvəlinə qədər problem həll oldu. Amma elektron şəkildə dərsliklərin hamısı bazada var idi”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09