MİQ-in test imtahanları davam edir

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.

Turanın səsi ” xəbər verir ki , bu gün keçiriləcək test imtahanlarının I seansına 6 353, II seansına isə 6 627 namizəd dəvət olunub. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik müəllimlərin aşkarlanmasında bərabər, ədalətli imkandır. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir