“Maaşı kommunalını, kirayəsini ödəməyən müəllimdən keyfiyyət gözləməyin!”

“Maaşı kommunalını, kirayəsini, gündəlik ehtiyaclarını ödəməyən müəllimdən yüksək nəticə, keyfiyyətli dərs, motivasiya gözləmək nə insafdır, nə də ədalət. Müəllim dərsdə gündəlik qayğılarını, banka, dükana, kiməsə olan borcunu düşünməməlidir. Müəllim çarəsizlik içində yaşamamalıdır. Cəmiyyətin təməlini qurana laqeyd münasibət gələcəyimizə etinasızlıqdır”.
“turaninsesi.az” xəbər verir ki, bu fikirləri təhsil məsələləri üzrə ekspert öz “Facebook” səhifəsində yazıb. O, bildirib ki, müəllim zəhmətinin qarşılığını layiqincə almalı, hörmət görməlidir:
“Müəllim zəhmətinin qarşılığını layiqincə almalı, hörmət görməlidir. Qürurla yaşamalı, arxa durulmalıdır. Bu gün müəllimi yaşadan, ayaqda saxlayan tək şey onun vəzifə borcuna olan sədaqətidir – amma bu sədaqəti sui-istifadə etməyin! Müəllim zəng çalınanda sinfə yox, sabaha ümidlə daxil olmalıdır. Dəstək olaq! Dəyər verək!”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI