Məktəb direktorlarının “soyqırımı”: Kütləvi işdənçıxarmaların səbəbi nədir? 

Məktəblərdə yoxlama işlərinin aparılması, nöqsanların aşkarlanıb rəhbər şəxslərin vəzifədən uzaqlaşdırılması artıq adi hala çevrilib. Belə bir fikir var ki, həmin proses nəticəsində təhsil sektorunda şəffaflığın təmin edilməsi asanlaşacaq və bu sahədə olan hər kəs öz işinə daha həssas yanaşacaq. 

Bəs, bu yoxlamaların gözlənilən müsbət nəticələri olacaqmı? 

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında qeyd edib ki, bu məsələdə çox diqqətli olmaq lazımdır:

“Mən hesab edirəm ki, hər hansısa bir məktəbin, yaxud müəssisənin fəaliyyətində çatışmazlıqlar ola bilər və bunlar davamlı olaraq araşdırılmalıdır, cəza sistemi mütləq olmalıdır. Amma, eyni zamanda düşünürəm ki, biz bu kimi addımlarda, direktor təyin edərkən diqqətli olmalıyıq. Direktorları işdən çıxarmaq asandır. Ancaq sual ondan ibarətdir ki, bizim onların yerinə təyin edə biləcək kifayət qədər mütəxəssisimiz və kadrımız varmı? Digər bir məsələ isə budur ki, direktor olaraq təyin olunan şəxslərin fəaliyyəti nə dərəcədə yoxlanır və qiymətləndirilir, təhlil edilir? Hesab edirəm ki, bu da çox önəmli bir məsələdir. Ona görə də, burada bir günah, xəta varsa, bu insanlar cəzalandırılmalıdır”. 

Deputat bildirib ki, yoxlamalar isə tam obyektiv aparılmalıdır və onların yerinə təyin olunan kadrlar düzgün seçilməlidir: 

“Bu addımlar “necə gəldi” atılmamalıdır. Bütün bu nüanslara diqqət yetirmək keyfiyyətli məzmunun artırılmasına öz müsbət töhfələrini göstərəcək. Eyni zamanda bütün məktəb direktorları ən doğru və obyektiv formada seçilərək, rəhbər kimi təyin olunacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir