Laçının Sus kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri fəaliyyətə başlayıb

0

Sentyabrın 16-da 2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonu Sus kənd tam orta məktəbi və eyniadlı məktəbəqədər təhsil müəssisəsində ilk dərs günü tədbiri keçirilib.

Bu barədə turaninsesi.az -a Elm və Təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, sektor əməkdaşları, məktəb və bağçanın kollektivi, şagirdlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən idarə müdiri Fuad Bədəlov hər iki müəssisənin fəaliyyətə başlaması münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov da müəllim və şagirdləri təbrik edib.

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, Sus kənd tam orta məktəbində ilkin olaraq 19 şagird, eyniadlı körpələr evi-uşaq bağçasında isə 13 uşaq təhsilə cəlb edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir