İmtahan sessiyalarında nöqsanlara yol verənlərə qarşı tədbirlər görüləcək
Ali və orta ixtisas təhsili müəssisələrində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında nöqsanlara yol verənlərə qarşı tədbirlər görüləcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə universitet və kollec rəhbərlərinə tapşırıq verilib.
Onlara həmçinin, imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etmək, rəhbərlik etdikləri müəssisələrdə imtahan qərargahı yaratmaq və qərargaha daxil olan hər bir şikayəti operativ şəkildə araşdırmaq tapşırılıb.
İmtahanların təşkili və gedişatında nöqsan, həmçinin neqativ hallara yol verən şəxslərlə bağlı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixindən start verilən imtahanlar 5 həftə müddətində davam edəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09