İbtidai sinif müəllimləri şagirdləri əlavə vəsaitlərlə yükləyir – Yolverilməz hərəkət-İRADLAR
“Müəllim bəzən düşünür ki, dövlətin verdiyi vəsaitlər yetərli deyil, test tapşırıqları azdır. Bu zaman kitab müəllifləri, nəşriyyat işçiləri ehtiyacı qarşılamaq üçün kitab nəşrlərinə başlayır. Aztəminatlı şagirdlərin pis vəziyyətdə qalmaması üçün, bunu biznes yanaşması şəklində etmək olmaz. Müəllim nəşriyyatla anlaşıb kitablarını təqdim etməməlidir. Əgər bunu edirsə, o artıq işinə qarşı nöqsan sayılır”.
“Müəllim şagirdləri müxtəlif internet resusları təşfiq edə bilər. Çünki, bir dərslik bütün sualları əhatə edə bilməz“.
“Beynəlxalq kurikulumların tədris olunduğu özəl məktəblərdə dərsliklərlə yanaşı test tapşırıqlarından istifadə olunur. Amma, onlar şagirdə maliyə yükü olmur . Sadəcə, olaraq internetdən tapılan tapşırıqlar əsasında həyata keçirilir. Düşünürəm ki, belə bir yanaşmanın olması daha düzgündür, nəinki şagirdin dövlətin verdiyi dərslikdən əlavə vəsaitə yönləndirmək”.