Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb – CƏDVƏL

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə gələn il keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.

Mərkəzdən “Turanın səsi ” nə bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytında yerləşdirilib.

Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

İmtahanın adıTarix
1.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona,
Peşə liseylərinin buraxılış imtahanı
3 mart
2.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona,
Peşə liseylərinin buraxılış imtahanı
10 mart
3.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona17 mart
4.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona7 aprel
5.Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona21 aprel
6.Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd12 may
7.Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd30 iyun

Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və gələn il builki imtahan modeli tətbiq olunacaq. DİM digər imtahanların qrafikini gələn ilin yanvar ayı ərzində paylaşacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir