Emin Əmrullayev: Ali məktəblərə qəbul planı artırılacaq

Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik.

turaninsesi.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib: “Daha çox azərbaycanlının ali təhsil almasını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə 2 dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayıb”.

O qeyd edib ki, nazirlik qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıdır: “İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir