Elm və Təhsil Nazirliyi yeni elektron xidməti istifadəyə verib

Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilib.

Bu barədə ” Turanın səsi ” nə nazirlikdən məlumat verilib.

Bildirilib ki, artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.

Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.

Dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.

Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir