DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

“Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik”.

Turanın səsi ” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

O bildirib ki, hər bir insan öz potensialını bilməlidir. Bunu dərk edəndən sonra müəyyən inkişaf trayektoriyasını cızmaq üçün müəllimlər lazımdır: “Müəllimlər bilik bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər. Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var: Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!”

M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayırlar: “Artıq 5000-dən çox uşaq imtahan verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir