DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş 5 və 12 mart tarixli buraxılış imtahanlarında üzrlü və ya üzrsüz səbəblərdən iştirak edə bilməyən 11-ci sinif şagirdləri təktrar imtahanda iştirak edə biləcəklər.

Turanın səsi ” in xəbərinə görə , AzEdu.az saytı xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, təktrar imtahanda iştirak etmək istəyən 11-cilər bunun üçün Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edə bilərlər.

Məlumata görə, 2 aprel tarixində keçiriləcək təkrar imtahanda aşağıdakı şəxslər iştirak edə biləcəklər:

 – Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olunmaq istəyənlər;

 –  Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları (11 illik);

 –  Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları (11 illik);

 –  Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri;

 –  Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir