Buraxılış imtahanında bir nəfər maksimal bal toplayıb, 5 nəfərin nəticəsi ləğv edilib

Aprelin 16-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
“Turanın səsi ” xəbər verir ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 049 nəfərdən 329 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI