Bu müəllimlərin dərs saatları ARTIRILACAQ – RƏSMİ 

0

“Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır”. 

turaninsesi.az” xəbər verir ki , bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10 500 vakant yer təqdim edilib:

“4300-dən çox müəllim təkrar sertifikatlaşdırılmada uğur qazana bilməyib, onların əmək müqavilələrinə xitam verilib. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır”. 

O əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək. Məktəbdə fəaliyyət göstərən aidiyyəti fənn müəllimlərinin dərs saatları artırılacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir