Bu il uşaq bağçalarının tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçirilməyəcək

Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yalnız diaqnostik qiymətləndirilmə olacaq: “Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. Yəqin ki, proses hansısa region üzrə qrup şəklində olacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir