Bir qrup müəllim üçün sertifikasiya imtahanı keçiriləcək

Avqustun 31-də pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.

Turanın səsi ” in xəbərinə görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, iki mərhələdə keçiriləcək hər bir seansda 1400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir: “Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək. Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir