Bədən tərbiyəsi və idman üzrə qabiliyyət imtahanlarında dəyişiklik ediləcək

Azərbaycanda bədən tərbiyəsi və idman üzrə qabiliyyət imtahanlarında dəyişiklik ediləcək.

Turanın səsi ” in məlumatına görə, bununla bağlı yanvarın 18-də bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında keçirilən görüşdə qeyd edilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın iştirakı ilə baş tutan görüşdə bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarında tətbiqi nəzərdə tutulan yeniliklər, bu yöndə uğurlu nəticələrin əldə olunması üçün məşqçilik ixtisasının idman növləri üzrə imtahanlarının keçirilməsi və sahələr üzrə normativlərin müəyyənləşdirilməsi haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirə edilən məsələlər üzrə birgə işlərin görülməsi haqqında razılığa gəlib. Həmçinin nəzərdə tutulan tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi üçün operativ qaydada əməkdaşlığın vacib olduğu bir daha vurğulanıb.

Görüşdə müvafiq istiqamətlər üzrə qabiliyyət imtahanı proqramları da təsdiq olunub.

DİM-dən bildirilib ki, qabiliyyət imtahanı proqramları və normativlər yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir