Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi – Foto
120-dən çox elmi məqalənin müəllifi olan həmyerlimiz Kamal Soltanov riyaziyyatda bir çox yeniliyə imza atıb.
“turaninsesi.az” Azərbaycan” qəzetinə istinadla xəbər verir ki, onun daha çox səs salan uğuru “Navye-Stoks bərabərliyi”nin həllini tapmasıdır.
Məlumat üçün bildirək ki, “Navye-Stoks bərabərliyi” uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir.
“Öncə onu deyim ki, “Navye-Stoks” tənlikləri həyatda baş verən prosesin riyazi modeli oldması səbəbində üçölçülü vəziyyət üçün yazılıb və bu tənliklər sadəcə mayedə deyil, həm də bir çox prosesin riyazi modellərində, məsələn, hidrodinamikada, sinergetikada, ekologiyada, metrologiyada, qaz axınlarında və sairdə istifadə olunur. Ən vacib proseslərdən biri olan turbilensin araşdırılmasında da bu tənliklər əsas rol oynayır. “Navye-Stoks” tənlikləri qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiyalar sinfində olduğu tapılıb. Amma “həll təkdir, yoxsa çoxdur?” sualı açıq qalıb. Yəni həllər çoxdursa, o zaman onlar fərqli funksiyalarla göstərilə bilər və bu zaman prosesin hansı istiqamətə yönələcəyindən danışmaq mümkün olmayacaq. Ona görə də, 90 il idi bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm. Amma əgər həll çoxdursa, o zaman axının hansı istiqamətdə davam edəcəyini əvvəlcədən söyləyə bilmərəm”, – K.Soltanov bildirib.
Qeyd edək ki, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ildə aspiranturanı bitirərək Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. Düz 27 il bu elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 2003-cü ildə Kamal Soltanovu Türkiyənin Hacettepe Universitetinə dəvət ediblər. Professor burada 13 il çalışıb. 2018-2020-ci illərdə İğdır Universitetindən dəvət alan Kamal müəllim tədqiqatlarını bu elm və təhsil ocağında davam etdirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI