Azərbaycanlı gənc dünyanın məşhur şirkətində vəzifəyə təyin olunub

Azərbaycanlı gənc Əlisahib Qarayev dünyanın ən böyük kimya istehsalçısı şirkətində fəaliyyətə başlayıb.

Turanın səsi ”  xəbər verir ki, o, BASF şirkətinin Maliyyə və Mühasibatlıq Departamentində EMEA – Regional Treasury Analyst vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Qarayev 2016-2020-ci illərdə Azərbaycan Universitetinin Biznes və İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

O, 2020-2021-ci illərdə Berlin şəhərində yerləşən International Universitydə International Finance and Accounting ixtisasından magistr təhsili alıb. 2022-ci ildə dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan KPMG-də maliyyə məsləhətçisi kimi təcrübə keçib.

İngilis və alman dillərini bilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir