Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır
Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır. “Turanın səsi” in xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən DİM rəhbəri əlavə edib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur:
“Ona görə bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.
M. Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58% insan işləyir: “Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlər bağlı araşdırmalar aparılmalıdır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09