Azərbaycanda bu məktəblər bağlanır? – Agentlik direktoru DANIŞDI
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100
Azərbaycanda xüsusi təhsil müəssisələrinin bağlanacağı ilə bağlı iddialara aydınlıq gətirilib.
“turaninsesi.az ”ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib ki, həmin təhsil müəssisələrinin bağlanması gündəmdə deyil:
“Xüsusilə məktəblərlə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil xidmətlərinin ləğv edilməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu qrupdan olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri fəaliyyətini davam etdirir və onlara lazımi xidmətlər göstərilir”.
Arzu Paşaqızı