ABŞ alimləri başqa planetlərdə həyatın axtarışı üçün cihaz yaradıblar
Merilend Universitetinin (ABŞ) alimləri lazer vasitəsilə bioloji aktivliyin axtarışı üçün cihaz yaradıblar.
“Turanın səsi” in xəbərinə görə bu barədə təhsil ocağının saytında məlumat verilib.
Cəmi 8 kq ağırlığında olan cihaz həyat əlamətlərini aşkarlamaq və materialların tərkibini təyin etmək üçün iki mühüm alətin azaldılmış birləşməsindən ibarətdir: nümunədən az miqdarda materialı buxarlandıran impulslu ultrabənövşəyi lazerdən və kimyəvi tərkibini müəyyən etmək üçün buraxılan radiasiya spektrini təhlil edən “Orbitrap” analizatorundan.
“Orbitrap” əvvəlcə kommersiya məqsədləri üçün yaradılmışdır” – ixtiranın müəlliflərindən biri Rikardo Arevalo qeyd edib: “Siz onları əczaçılıq, tibb və proteomik sənaye laboratoriyalarında tapa bilərsiniz. Laboratoriyamızda olan cihazın çəkisi təxminən 200 kq-dır və kosmosda səmərəli istifadə oluna bilən azaldılmış prototip yaratmaq bizə səkkiz ilə başa gəldi”.
Yeni cihaz daha böyük sələfləri ilə eyni üstünlükləri təklif edir, lakin kosmik tədqiqatlar və planet materiallarının yerində təhlili üçün optimallaşdırılıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09