Lisey və gimnaziyalara qəbul şərtləri dəyişir

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

Lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq;

Tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq;

Lisey və gimnaziyalara qəbul prosesi təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq;

Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.

Qeyd edək ki, artıq bir neçə ildir lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir, sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər. Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyaya qəbul imtahanlarında iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib, onlardan 2638 nəfəri uğur qazanıb .


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir