Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alındı
Ukraynanın əks-kəşfiyyatı və Dövlət Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Prezidenti Vladimir Zelenski və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinə qarşı sui-qəsdi hazırlayan agent şəbəkəsini ifşa edib.
“Turanın səsi ” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin 2 polkovniki də var. Bu şəxslər “fəaliyyətinə Moskvadan Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən şəbəkəyə” Ukraynanın məxfi məlumatlarını sızdırıblar.
Şəbəkə Vladimir Zelenski ilə yanaşı, SBU-nun rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı sui-qəsd cəhdləri planlaşdırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI