Zelenskinin Avropa liderləri ilə danışıları qapalı keçiriləcək
NATO-nun mətbuat xidməti Volodimir Zelenski ilə NATO-nun baş katibi Mark Rütte, Aİ prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında əvvəllər elan olunmuş görüşü təsdiqləyib.
“turaninsesi.az ” xəbər verir ki, görüş bağlı qapılar arxasında keçiriləcək.
Zelenski Londonda Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə danışıqlardan sonra Brüsselə gələcək və burada Ukrayna və Amerika nümayəndə heyətləri arasında Ukraynada müharibəyə son qoymaq planının şərtləri ilə bağlı üç günlük danışıqların nəticələrini müzakirə edəcək.
Daha əvvəl Zelenski “Bloomberg”-ə izah edib ki, bu danışıqlar hələ Donbas üzrə razılaşma ilə nəticələnməyib və ərazi məsələsi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə yanaşı, sonrakı müzakirə üçün “həssas məsələlər” siyahısında birinci yerdə qalır.
ABŞ prezidenti Donald Tramp bu nəticədən “məyus” olduğunu bildirib. O, bildirib ki, Zelenski ABŞ-ın təklifini “oxumayıb”.
Arzu Paşaqızı