Zelenskidən ŞOK AÇIQLAMA: Dronlar Belarus ərazisindən buraxılıb

Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında ölkə ərazisinə Belarus istiqamətindən bir neçə pilotsuz uçuş aparatının daxil olduğunu açıqlayıb.
“turaninsesi.az” xəbər verir ki, Zelenski sosial şəbəkədə yazdığı müraciətində bu hücumları “qəsdən törədilmiş cinayət” və müharibəni uzatmaq cəhdi adlandırıb:
“Belə qətliamlar, xüsusilə real diplomatiyanın çoxdan başlaya biləcəyi bir vaxtda, şüurlu şəkildə edilən cinayətdir və müharibənin uzadılmasıdır”. pizza
Ukrayna lideri həmçinin xatırladıb ki, Vaşinqtonda dəfələrlə danışıqlardan imtinanın sanksiyalarla nəticələnəcəyi bəyan olunub. O, Parisdə əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi də prioritet olaraq qalır: “Hər bir əlavə sistem bu alçaq hücumlardan dinc insanları xilas edir”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI