Zelenski xalqa müraciət edib: “Əminəm ki, bu il qələbə ili olacaq”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı müharibəyə başlamasının ildönümündə ukraynalılara müraciət edib.
“turanın səsi ” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Prezident 15 dəqiqəlik çıxışında ukraynalıların məğlub olmadıqlarını və öz qələbələri üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıb.
O, 2023-cü ilin Ukrayna üçün qələbə ili olacağına əminliyini ifadə edib.
“Bir il əvvəl bu gün səhər saat 7 radələrində cəmi 67 saniyə davam edən qısa bəyanatla sizə müraciət etdim. 2022-ci ilin 24 fevral tarixi məhz belə başladı. Bu, həyatımızın ən uzun və yaxın tariximizin isə ən ağır günüdür”, – o qeyd edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI