Zelenski: “Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”
“Turanın səsi “xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“Elektrik enerjisi qıtlığı hələ də qalmaqdadır. Elektrik enerjisinin kəsilməsi hələ də davam edir. Bu gün axşam saatlarına kimi Ukraynanın müxtəlif bölgələrində 9 milyona yaxın insan elektrik enerjisiz qalıb”, – Ukrayna dövlət başçısı deyib.
Daha əvvəl Ukrayna Ali Radasının energetika və mənzil-kommunal təsərrüfat komitəsinin rəhbəri Andrey Qerus məlumat vermişdi ki, bu ölkənin enerji sistemini sabitləşdirmək üçün kiçik elektrik stansiyaları şəbəkəsinin yaradılmasına hazırlıq görülür.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09