Zelenski Türkiyədən bu döyüşçülərlə geri döndü 

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”.


“Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik”, -Zelenski bildirib.

Döyüş əməliyyatları ilə bağlı aydınlaşdırıcı suala o belə cavab verib: “Biz elə ona görə qayıtmışıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski “azov”çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınıb: “Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur”.

Xatırladaq ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.

“Ukraynalı döyüşçülər Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko, Denis Şleqa, nəhayət, ailələrinin yanında olacaqlar”, – deyə Zelenski əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir