Zelenski: Suriya ilə əlaqələri bərpa edirik

Ukrayna Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra vəziyyətin sabitləşməsinə kömək edəcək. Ukrayna taxılı Suriya vətəndaşlarına veriləcək.

turaninsesi.az” RBC-Ukraina-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında bildirib,

Zelenski Suriya ilə bağlı görüş keçirib. O, Suriyaya səfərlə bağlı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukraynanın aqrar siyasət naziri Vitali Kovalın hesabatını dinləyib:

“Biz Dəməşqdə aparılan danışıqların nəticələrini, təhlükəsizlik və iqtisadi perspektivləri müzakirə etdik. Ukrayna Suriyanın sabitləşməsi üçün bütün səylərə kömək edəcək. Suriya administrasiyası ilə “Ukraynadan taxıl” proqramını quracağıq”.

Zelenski əlavə edib ki, Ukrayna Suriyaya dəstəyin mümkün qədər güclü olmasını təmin etmək üçün Avropa ölkələri və ABŞ ilə əlaqələri davam etdirəcək.

“Yaxın Şərqdə daha çox sabitlik bütün tərəfdaşlar üçün daha çox sülh və ticarət deməkdir. Suriya bu il Ukraynanın tərəfdaşı ola bilər. Diplomatik münasibətləri və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti bərpa etməyə hazırlaşırıq. Səfər nəticəsində biz Livanla da ticarəti artıracağıq: indi bu ölkə ilə təkcə kənd təsərrüfatı məhsullarının ixracında 400 milyon dollarımız var və bunu ən azı iki dəfə artırmağa hazırlaşırıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI