Zelenski Rusiyanın Donbasdan çıxmaqla bağlı tələbinə cavab verdi

“Hazırda cəbhədə vəziyyət gərgindir”.

turaninsesi.az ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, aprelin 1-də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ilə onlayın formatda görüş keçirib. A.Sırski vəziyyətlə bağlı dövlət başçısına məruzə edib.

“Rusiya ordusu hücum fəaliyyətini gücləndirməyə çalışsa da, bu, yalnız onların itkilərinin artmasına səbəb olur və Ukrayna qüvvələrinin əməliyyatlarını pozmur”, – Volodimir Zelenski görüşün yekunları ilə bağlı bildirib.

O qeyd edib ki, Rusiya qüvvələri Sumı və Xarkov vilayətlərinin sərhəd bölgələrində, eləcə də Donetsk istiqamətində qarşıya qoyduqları məqsədlərə nail ola bilməyib və planlaşdırdıqları müddətləri yenidən təxirə salır.

Prezidentin sözlərinə görə, cənub istiqamətində Ukrayna bölmələri qarşıya qoyulan tapşırıqları icra etməyə davam edir.

V.Zelenski və A.Sırski eyni zamanda, görüş zamanı uzaq məsafəli zərbələrlə bağlı tapşırıqlar da müzakirə olunub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov aprelin 1-də bildirib ki, V.Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı qərarı artıq bu gün verməlidir.

Onun sözlərinə görə, bu qərar əslində dünən qəbul edilməli idi və V.Zelenski məsuliyyəti üzərinə götürərək qoşunların Donetsk istiqamətində inzibati sərhədlərdən geri çəkilməsi barədə addım atmalıdır.

Arzu Paşaqızı