Zelenski Rusiya ilə sülhün şərtini açıqlayıb
“Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər”.
“Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq:
“Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur”.