Zelenski Qərbi tənqid edib: “Silahların kiçik partiyalarla tədarükü müharibəni uzadır”


“Qərb texnikalarının kiçik partiyalarla Ukraynaya verilməsi yalnız müharibənin müddətini uzadır”.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, tərəfdaşların balansında olan silahlar kütləvi şəkildə Ukraynaya çatdırılsa, qalib gəlmək ehtimalı daha çox olacaq.

V. Zelenski həmçinin söyləyib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) partlatmaq niyyətindədir: “Onlar Ukraynada sabitliyi pozmaq üçün bunu etmək istəyirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir