Zelenski Qərb ölkələrini Ukraynanı NATO-ya qəbul etməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Qərb ölkələrini Ukraynanı NATO və Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
“Ukraynanın birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verdiyini, fevralın 24-dən sonra həqiqətən birləşməyimizin nə qədər vacib olduğunu hamınız görürsünüz. Uyğun olaraq, bunun sayəsində hamınız Ukraynanın Aİ və NATO-nun tamhüquqlu üzvü olmalı olduğunu görürsünüz. Sizi Aİ və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”, – V.Zelenski deyib.
Ukrayna Prezidenti Qərb ölkələrini bunun üçün əllərindən gələn hər şeyi etməyə, o cümlədən Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq etməyə və onun “sülh formulu”nu həyata keçirməyə başlamağa çağırıb.
V.Zelenski, həmçinin növbəti dəfə Kiyevə hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi verilməsini istəyib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09