Zelenski ölkəsinin əks-hücumunun ilk mühüm addımlarının “tezliklə” atılacağını açıqlayıb

Ukrayna əks-hücumunun ilk mühüm addımları “tezliklə” atılacaq.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində deyib.

“Biz çox ciddi hazırlaşırıq. Çox ciddi addımlar tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Təkcə bu planı bilənlər yox, xalqımız da… Sizə cavab verə bilmərəm (əks-hücum harada və nə vaxt başlayacaq – red.). Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək…Biz qələbəyə inanırıq və inanırıq ki, tezliklə ilk mühüm addımlar atılacaq”, – dövlət başçısı bildirib.

Eyni zamanda, Ukrayna lideri əks-hücumun başlanmasının konkret yeri və vaxtı ilə bağlı açıqlığının “Ukraynaya kömək etməyəcəyini, əksinə müdaxilə edəcəyini” diqqətə çatdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir