Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılmasını təklif edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230429_053028.jpg)
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun layihələrini təqdim edib.
“Turanın səsi ” xəbər verir ki, qanun layihələri bazar ertəsi Radanın saytında yer alıb.
Lakin müddətlərin nə qədər uzadılacağı məlum deyil, hələlik layihələrə də dair izahlı qeydlər yoxdur.
Qeyd edək ki, Ukraynada 2022-ci il fevralın 24-də hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Nəticədə hərbi xidmət keçməli olan kişilərin ölkədən çıxışı qadağan edilib.