Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək

“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak etməyə razılıq verib”.

Turanın səsi ”  Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O həmçinin qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin tədarükü və mövcud qırıcıların yanacaq, ehtiyat hissələri, texniki xidmət və s. ilə təmin olunması vacib məsələdir.

Xatırladaq ki, NATO-ya üzv ölkələrin növbəti sammitinə iyulun 11-12-də Litvanın paytaxtı Vilnüs ev sahibliyi edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir