Zelenski Kiyevdə Avropa Komissiyasının rəhbəri ilə görüşüb

0

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşüb.

turanın səsi ” xəbər verir ki, bu barədə “RBC-Ukraine” agentliyi dövlət başçısının feysbuk səhifəsinə istinadən məlumat yayıb.

“Ukraynada Avropaya inteqrasiya baxımından iki çox mühüm günə qədəm qoyuruq. Bizim Kiyevdə əldə edəcəyimiz razılaşmalar və qəbul edəcəyimiz qərarlar bütün Avropanın güclənməsinə xidmət edəcək”, – Zelenski yazıb.

Xatırladaq ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya bir qrup Avropa komissarı ilə gəlib. Onlarla birlikdə İttifaqın təhlükəsizlik və xarici siyast üzrə ali komissarı Jozep Borrel də Kiyevdə səfərdədir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir